Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 47 milyard dolları ötüb | Banco.az

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 47 milyard dolları ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 47 milyard 325 milyon ABŞ dolları olub. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,8% azdır. 

Son 1 ildə Azərbaycanın ixracı 13,3% azalaraq 31 milyard 512 milyon ABŞ dollarına enib, idxalı isə 22,7% artaraq 15 milyard 812 milyon ABŞ dollarına çatıb.

Nəticədə xarici ticarətdə 15 milyard 700 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 33,1% az olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et