“Azərbaycanın Vişeqrad ölkələri ilə əməkdaşlığı enerji böhranının həllində yaxşı nəticələr verəcək" | Banco.az

“Azərbaycanın Vişeqrad ölkələri ilə əməkdaşlığı enerji böhranının həllində yaxşı nəticələr verəcək"

Azərbaycanın Vişeqrad dördlüyü ölkələri (Çexiya, Macarıstan, Polşa və Slovakiya) ilə səmərəli əməkdaşlığı son illərdə müşahidə olunan enerji böhranının həllində yaxşı nəticələr verəcək.

Bunu Azərbaycan Dövlət Neft-Qaz Şirkətinin (SOCAR) Beynəlxalq əlaqələr şöbəsinin rəisi Əli Şahbazov "Vişeqrad ölkələri və Azərbaycan" mövzusunda keçirilən beynəlxalq seminarda deyib.

Ə.Şahbazov hazırda Azərbaycanın bərpa olunan enerji mənbələri - külək, günəş və “yaşıl enerji”nin digər növləri baxımından böyük potensiala malik olduğunu əlavə edib.

Onun sözlərinə görə, hazırda təbii qaz Azərbaycanın Avropaya ixrac etdiyi yeganə enerji məhsulu deyil: "Biz 20 ildən artıqdır ki, xam neft tədarükü baxımından Avropanın etibarlı tərəfdaşıyıq".

Qeyd edək ki, “Vişeqrad dördlüyü” 1991-ci il fevralın 15-də Macarıstanın Vişeqrad şəhərində sözügedən ölkələrin regional işbirliyi və Avropa İttifaqına üzvlük yolunda addımlarını əlaqələndirmək məqsədilə təsis edilib.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et