Azərbaycanın sığorta bazarı böyüyüb | Banco.az

Azərbaycanın sığorta bazarı böyüyüb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 655,62 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,7% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 373,491 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 21,4% çoxdur.

9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 57 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 52,9 manat olub.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et