Azərbaycanın "OPEC"ə üzv olması üçün danışıqlar başlayıb | Banco.az

Azərbaycanın "OPEC"ə üzv olması üçün danışıqlar başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“OPEC”ə üzv olmaq üçün 4 ölkə ilə məsləhətləşmələrin keçirildiyi bildirilib.

Banco.az xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Heysham əl-Qeys Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəsmi agentliyi olan WAM-a açıqlama verib.

Hazırda Azərbaycan, Malayziya, Bruney və Meksika ilə “OPEC” qrupuna üzv olmaq üçün danışıqlar apardıqlarını bildirən Qeys bunun “OPEC”ə güc qazandıracağını bildirib.

Xatırladaq ki, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) ilə “OPEC”ə daxil olmayan bəzi istehsalçı ölkələr, o cümlədən Rusiya 2016-cı ildə Əlcəzairdə “OPEC+” qrupunu yaradıb. “OPEC” hazırda 13 üzv ölkədən ibarətdir və onların arasında ən böyük istehsalçı sutkada 11 milyon barel hasilat gücünə malik Səudiyyə Ərəbistanıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et