Azərbaycanın neft ixracı cüzi azalıb | Banco.az

Azərbaycanın neft ixracı cüzi azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-noyabr aylarında 15 milyard 99 milyon 942 min ABŞ dolları dəyərində 24 milyon 199 min ton neft ixrac edib.

Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. 

Azərbaycanın neft ixracından gəlirləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,6%, neftin həcmi isə 0,5% azalıb.

Qeyd edək ki, bu dövrdə neft ixracının ölkənin ümumi ixracında payı 47,92% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et