Azərbaycanın maye qaz ixracından gəlirləri üç dəfə artıb | Banco.az

Azərbaycanın maye qaz ixracından gəlirləri üç dəfə artıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 31 105,3 ton maye qaz ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə çoxdur.

Yanvar-may aylarında ixrac edilən maye qazın dəyəri 7 115,2 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 2,8 dəfə çoxdur.

Xatırladaq ki, ötən il ərzində Azərbaycan 40 253,7 ton maye qaz ixrac edib, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 23,9% azdır. 2020-ci ildə ixrac edilən maye qazın dəyəri 5 029,8 min dollar olub, illik ifadədə bu göstərici 58,5% azalıb.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et