Azərbaycanın iri lizinq şirkəti İslam bankçılığı məhsullarının satışına hazırlaşır | Banco.az

Azərbaycanın iri lizinq şirkəti İslam bankçılığı məhsullarının satışına hazırlaşır

İlin sonunadək Azərbaycanın "Joint Leasing" lizinq şirkəti Azərbaycan Beynəlxalq Bankının (ABB) İslam bankçılığı departamenti ilə birgə layihənin reallaşdırılmasına başlayır. Bu barədə şirkətin baş direktoru Elçin Əhmədov mətbuat konfransında bildirib.

O deyib ki, bu məqsədlə İslam lizinq məhsullarının "Joint Leasing"in xətti ilə təklif edilməsi, lakin ABB departamentinin resursları ilə təmin edilməsi qərara alınıb: "Beləliklə, "Joint Leasing" və ABB bu sahədə öz fəaliyyətlərini şaxələndirməyi qərara alıblar".

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, bütün lazımi texniki məsələlər artıq həll olunub. Layihənin dəyəri 4 milyon manat təşkil edir.

E.Əhmədov bildirib: "Ümid edirəm ki, əməkdaşlıq haqqında müvafiq müqavilə artıq bu ay imzalanacaq".

ABB-də Azərbaycanda ilk dəfə və yeganə olaraq müştərilərə İslam bankçılığı məhsullarını təklif edən "İslam pəncərəsi" fəaliyyət göstərir. Bank İslam maliyyə bazarları ilə ölkəyə investisiyaların cəlb edilməsi üzrə layihə işləyib hazırlayır.

trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et