Azərbaycanın Gürcüstandan idxal etdiyi canlı mal-qara 40%-dək bahalaşıb | Banco.az

Azərbaycanın Gürcüstandan idxal etdiyi canlı mal-qara 40%-dək bahalaşıb

Gürcüstan 2023-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycana 13,77 milyon dollar dəyərində 3 980,90 ton canlı iribuynuzlu mal-qara ixrac edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Qeyd olunub ki, Azərbaycana ixrac edilən məhsulun ümumi dəyəri illik ifadədə 4,42 milyon dollar və ya 47%, həcmi isə 281 ton və ya 7,6% artıb.

2022-ci ilin ilk 8 ayı ərzində isə Gürcüstan Azərbaycana 9,355 milyon dollar dəyərində 3 699,77 ton canlı iribuynuzlu mal-qara ixrac edib.
Bu il Gürcüstanın Azərbaycana ixrac etdiyi canlı iribuynuzlu mal-qaranın hər bir tonu üçün ödənilən məbləğ 933 dollar və ya 37% artaraq 3 461,52 min dollara çatıb.

apa

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et