Azərbaycanın gül istehsalçıları BƏƏ və Qətər bazarlarını nəzərdən keçirir | Banco.az

Azərbaycanın gül istehsalçıları BƏƏ və Qətər bazarlarını nəzərdən keçirir

Azərbaycanın gül istehsalçıları Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətərin bazarlarını ixrac üçün nəzərdən keçirir.

Bunu Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyasının sədri Cavid Axundov deyib.

O qeyd edib ki, hazırda bu ölkənin bazarları araşdırılır: “Azərbaycanın gül ixracında əsas bazarı Rusiya olub. Lakin 2022-ci ildə bu istiqamətdə tədarük azalıb, bu isə Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə səbəbindəndir”.

C.Axundovun sözlərinə görə, ötən il Özbəkistana qızılgül test partiyası göndərilib: “Bu ölkəyə, müsbət cavab alınan təqdirdə ixraca başlanacaq. Lakin Özbəkistanın özünün də gül istehsalı son illər inkişaf edib”.

Assosiasiya sədri yerli bazardakı tələbata toxunaraq vurğulayıb ki, hər zaman bayramlardan əvvəl satışlar artır: "Ölkədəki gül tələbatının 70 % yerli istehsal hesabına qarşılanır. Hazırda Azərbaycanda qızılgüllərin illik istehsalı təqribən 15 milyon ədəd təşkil edir. Bu güllərə yerli bazarın tələbatı təxminən 13-15 milyon ədədə bərabərdir. Amma başqa növ güllərin istehsal həcmi ilə bağlı dəqiq statistika yoxdur. Onların həcmi illik təqribən 5 milyona yaxın ola bilər".

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et