Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana bu ilin birinci yarısında 1 124 ədəd yalnız elektriklə işləyən (elektromobil) avtomobil idxal edilib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinə məlumat yayıb.
Məlumata görə, ötən 6 ayda ölkənin elektromobil idxalının dəyəri isə 46 milyon 836 min dollar olub.
Əlavə edək ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə elektromobil idxalı həcm baxımından 7,3 dəfə, dəyər ifadəsində isə 10,7 dəfə artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!