Azərbaycanın bankçılıq missiyası ABŞ Dövlət Departamentində ilk görüşünü keçirib | Banco.az

Azərbaycanın bankçılıq missiyası ABŞ Dövlət Departamentində ilk görüşünü keçirib

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun rəhbərliyi ilə ABŞ-da səfərdə olan bankçılıq missiyası bu ölkənin Dövlət Departamentində ilk görüşünü keçirib.

Bu barədə AMB-nin mlumatında bildirilir.

Məlumata görə, görüşdə iki ölkənin nümayəndələri təqdimatlar keçirib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Ayrıca Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun idarə direktoru Mark Kameron ilə ikitərəfli görüş olub. Görüşdə bu səfərin əhəmiyyəti vurğulanaraq iki ölkənin maliyyə sektorları arasında əməkdaşlığın genişləndirilməsinə əhəmiyyətli töhfə verəcəyi qeyd olunub.

Xatırladaq ki, səfər “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyi və ABŞ-Azərbaycan Ticarət Palatasının (The United States-Azerbaijan Chamber of Commerce – USACC) birgə təşkilatçılığı ilə baş tutub. Missiyada ölkənin aparıcı institutlarının rəhbərləri iştirak edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et