Azərbaycandan Rusiyaya pul köçürmələrinin həcmi azalıb | Banco.az

Azərbaycandan Rusiyaya pul köçürmələrinin həcmi azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ildə Azərbaycandan Rusiyaya köçürülmüş fiziki şəxslərin pul baratlarının həcmi azalıb.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, ötən il fiziki şəxslər tərəfindən Rusiyaya 2022-ci illə müqayisədə 16 milyon 255 dollar, yaxud 17,97 faiz daha az pul köçürülüb.

Bununla da Rusiyaya köçürmələrin ümumi həcmi 74 milyon 184 min dollara enib. 2022-ci ildə bu göstərici 90 milyon 439 min dollar təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ötən il Azərbaycandan ən çox pulun köçürüldüyü ikinci ölkə (13,5% payla) Rusiya olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et