Azərbaycanda yük daşımaları artıb | Banco.az

Azərbaycanda yük daşımaları artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 29,81 milyon ton yük ixrac olunub. 

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,903 milyon ton yaxud 15,1% çoxdur.

İxrac məhulları əsasən stasionar nəqletmə vasitələri (27,084 milyon ton və yaxud 90,85%-i), dəmir yolu nəqliyyatı (1,539 milyon ton və yaxud 5,2%-i), avtomobil nəqliyyatı (0,903 milyon ton və yaxud 3%-i) ilə daşınıb. 

Hesabat dövründə həmçinin Azərbaycana 6,383 milyon ton yük idxal olunub. Bu, illik müqayisədə 1,355 milyon ton və yaxud 26,95% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

İdxal məhsulları əsasən dəmir yolu nəqliyyatı (3,032 milyon ton və yaxud 47,5%-i), avtomobil nəqliyyatı (1,481 milyon ton və yaxud 23,2%-i), stasionar nəqletmə vasitələri (1,02 milyon 

ton və yaxud 16%-i) ilə daşınıb.

Ümumi yük daşımalarının 82,4%-i ixracın, 17,6%-i idxalın payına düşüb.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç