Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 2% azalıb | Banco.az

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 2% azalıb

Bu ilin yanvar-may aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsi ilə 851,3 milyon manatlıq əməliyyat aparıb.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 % azdır.

Təkcə bu ilin may ayında isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 173,4 milyon manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 5,8 % azdır.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et