Azərbaycanda sığorta haqlarının 80%-i 5 şirkətin payına düşür | Banco.az

Azərbaycanda sığorta haqlarının 80%-i 5 şirkətin payına düşür

Bu ilin yanvar-may aylarında Azərbaycanda toplanılmış 398,001 milyon manat sığorta haqqının 318,209 milyon manatı və yaxud 79,9%-i 5 sığorta şirkətinin payına düşüb.

Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (139,858 milyon manat), "PAŞA Sığorta" (95,593 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 42,197 milyon manat), eləcə də “Qala Sığorta” (20,916 milyon manat) və “Atəşgah Həyat Sığorta” (19,645 milyon manat) ASC-lərdir.

5 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə bazarı tərk etmiş “Rəvan Sığorta” (0 manat), bazara yeni daxil olmuş “Meqa Həyat Sığorta” (212 min manat), eləcə də "Naxçıvan Sığorta" (817 min manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (1,416 milyon manat) və “Bakı Sığorta” (1,538 milyon manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 3,983 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 1%-i deməkdir.

Qalan 11 sığorta şirkətinin ümumi yığımları isə 75,899 milyon manat (19,1%) təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et