Azərbaycanda ötən il qeyri neft-qaz sektorunda sənaye istehsalı artıb | Banco.az

Azərbaycanda ötən il qeyri neft-qaz sektorunda sənaye istehsalı artıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ildə 66,6 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə,  neft-qaz sektorunda məhsul istehsalı 2 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 8,0 faiz artıb.

Sənaye məhsulunun 67,4 faizi mədənçıxarma sektorunda, 27,1 faizi emal sektorunda, 4,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,6 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 4,2 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et