2023-cü il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1732,6 min nəfər olub, onlardan 899,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 832,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Banco.az xəbər verir ki, bu barədə Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, 2023-cü ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artaraq 923,1 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Bizi sosial şəbəkələrdən izləyin!!