Azərbaycanda neftin böyük hissəsi BTC ilə ixrac olunub | Banco.az

Azərbaycanda neftin böyük hissəsi BTC ilə ixrac olunub

Magistral neft kəmərləri ilə 3269,1 min ton neft nəql edilib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirib.

Məlumata görə, nəqletmənin 76,0 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib. Cari ilin yanvar ayı ərzində bu kəmər vasitəsilə 2486,1 min ton neft ötürülüb.

Dövr ərzində BTC kəməri ilə nəql edilən neftin 82,7 faizini və ya 2055,3 min tonunu Azərbaycanda hasil edilən neft, 17,3 faizini və ya 430,8 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et