Azərbaycanda maliyyəçilərin orta aylıq əməkhaqqı məbləği nə qədərdir? | Banco.az

Azərbaycanda maliyyəçilərin orta aylıq əməkhaqqı məbləği nə qədərdir?

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2 003,8 manat təşkil edib.

Bu göstərici dövlət sektorunda 1 732,8 manat, özəl sektorda isə 2 067,1 manat olub.

Beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sahədə işçilərin orta aylıq nominal əmək haqqı 14%, o cümlədən dövlət sektorunda 15,7%, özəl sektorda isə 13,8% artıb.

Qeyd edək ki, cari il mayın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 676,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 926,6 min nəfər, qeyri-dövlət sektorunda isə 749,5 min nəfər təşkil edib. Bu il mayın 1-nə maliyyə sahəsində işçilərin sayı 28,6 min nəfər (5,5 min nəfər dövlət, 23,1 min nəfər özəl) olub.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et