Azərbaycanda ləğv prosesində olan 2 bankın 7 milyon manatlıq əmlakı hərraca çıxarılıb | Banco.az

Azərbaycanda ləğv prosesində olan 2 bankın 7 milyon manatlıq əmlakı hərraca çıxarılıb

Oktyabrın 26-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Texnika Bank” və “Qafqaz İnkişaf Bankı” ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.

Bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.

Söhbət “Texnikabank”a məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A ünvanında yerləşən dəyəri 394 min manat olan 187,8 kv.metrlik, dəyəri 255 min manat olan 115,9 kv.metrlik, dəyəri 397 min manat olan 188,9 kv.metrlik, dəyəri 258 min manat olan 117,4 kv.metrlik, hər birinin qiyməti 389 min manat olan 2 ədəd 185,4 kv.metrlik, hər birinin qiyməti 322 min manat olan 4 ədəd 153,2 kv.metrlik, hər birinin qiyməti 245 min manat olan 7 ədəd 111,5 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir. Hərraca, həmçinin “Qafqaz İnkişaf Bankı”na məxsus Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 44 ünvanında yerləşən ümumi dəyəri 2,1 milyon manat olan 0,8105 hektar torpaq sahəsi də çıxarılıb.

Ümumilikdə hərraca çıxarılan əmlakların dəyəri 7,185 milyon manat təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et