Azərbaycanda istehlak kreditləşməsi artıb | Banco.az

Azərbaycanda istehlak kreditləşməsi artıb

Bu ilin iyunun 1-nə Azərbaycanda ev təsərrüfatlarına kredit qoyuluşunun həcmi ötən ilin eyni dövrün göstəricisi ilə müqayisədə 916,8 mln. manat və ya 16,2% artaraq 6 575,3 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ev təsərrüfatlarına kredit qoyuluşu aylıq müqayisədə 128,9 mln. manat və ya 1,9% azalıb.

İstehlak kreditləşməsinin iqtisadiyyata cəmi kredit qoyuluşunda xüsusi çəkisi 44,5% təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0,2 faiz bəndi, 2019-cu ilin eyni ayı ilə müqayisədə isə 1,7 faiz bəndi çoxdur.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et