Azərbaycanda əməkhaqqı kartlarının sayı 91 min ədəd artıb | Banco.az

Azərbaycanda əməkhaqqı kartlarının sayı 91 min ədəd artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 270 min ədəd artaraq 15 milyon 939 min ədəd təşkil edib.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.8% artıb.

Ödəniş kartlarında artım debet kartları üzrə 20.4%, kredit kartları üzrə 23.8% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 91 min, kredit kartları 411 min, digər kartlar isə 2.2 mln. ədəd artıb. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et