Azərbaycanda dövlət sektorunda bu qədər insan çalışır | Banco.az

Azərbaycanda dövlət sektorunda bu qədər insan çalışır

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1725,1 min nəfər olmuş, onlardan 901,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 823,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. 

Banco.az bu barədə Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, muzdla işləyənlərin 19,2 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,3 faizi tikinti, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 14,6 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar. 

Qeyd edək ki, Azərbaycanda işsiz statuslu şəxslərin sayı cari ilin martın 1-i vəziyyətinə görə, 286,8 min nəfərə (5,46%) bərabər olub. Hesabat dövründə iqtisadi fəal əhalinin sayı 5 250,9 min nəfər olub, onlardan 4 964,1 min nəfərini məşğul əhali təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et