Azərbaycanda dizel yanacağı istehsalı 5% artıb | Banco.az

Azərbaycanda dizel yanacağı istehsalı 5% artıb

Bu ilin I yarısında Azərbaycanda neft məhsullarının istehsalısahəsində istehsalın ümumi dəyəri 1 535,6 mln. manat olub.

Bu isə əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 1,5% azdır.

Hesabat dövründə 607,2 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründən 1,2% az olub. İyulun 1-nə 62,7 min ton avtomobil benzini ehtiyatı qalıb.

İlin I yarısında ölkədə 151,8 min ton neft-kimya sənayesində istifadə üçüb benzin, 1,067 mln. ton dizel yanacağı, 57,8 min ton yanacaq mazutu istehsal edilib. Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 30,3%, dizel yanacağı istehsalı 5,1%, yanacaq mazutu istehsalı 73,6% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Yanvar-iyun ayları ərzində 300,3 min ton ağ neft, 9,6 min ton sürtkü yağları, 98 min ton neft bitumu, 446,9 min ton neft koksu istehsal edilib.

Ağ neft istehsalında 1,2%, sürtkü yağlarının istehsalında 64,2%, neft bitumunun istehsalında 29,4%, neft koksunun istehsalında 8,9% azalma qeydə alınıb.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç