Azərbaycanda bir həftə iş olmayacaq | Banco.az

Azərbaycanda bir həftə iş olmayacaq

Bu il Novruz bayramında bir həftə iş olmayacaq.

Nazirlər Kabinetinin 2 dekabr 2019-cu il tarixli qərarına əsasən, 2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır.

Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri qeyri-iş günüdür.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə, bu il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü, 25-i və 26-da iş olmayacaq.

Bundan başqa 8 mart - Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyinə görə Əmək Məcəlləsinə əsasən, martın 9-u da qeyri-iş günü olacaq.

Hər birinizə xoş istirahətlər!!

Ən sərfəli krediti almaq üçün müraciət et