Azərbaycanda bank sisteminin kapitallaşması artırılmalıdır | Banco.az

Azərbaycanda bank sisteminin kapitallaşması artırılmalıdır

“Azərbaycanda bank sisteminin kapitallaşması artırılmalıdır”.

Bu barədə "Moody's" beynəlxalq reytinq agentliyindən “APA-Economics”ə bildirilib.

Agentliyin mütəxəssisləri qeyd edir ki, Beynəlxalq Bankın restrukturizasiya prosesinin başa çatması və kapital adekvatlığının bərpasından sonra, ümumilikdə bank sisteminin də kapital mövqeyi yaxşılaşmalıdır.

Ən sərfəli kredit üçün müraciət et

“Buna səbəb Beynəlxalq Bankın aktivlərinin həcminə görə hələ də bazarda ən yüksək – 27% paya sahib olmasıdır. Buna baxmayaraq, yüksək kredit xərcləri və xarici valyuta riskləri səbəbindən kiçik özəl bankların kapitallaşması təzyiq altındadır. Bundan başqa, tənzimləyici tərəfindən banklara qarşı sərtləşdirici tədbirlərin görüləcəyi də istisna deyil. Bu isə bankların əlavə olaraq yenidən kapitallaşmasını tələb edə bilər”, - deyə agentlikdən bildirilib. 

Ən sərfəli krediti almaq üçün müraciət et