Azərbaycan yataqlarından yeni qaz həcmləri yaxında əlçatan ola bilər | Banco.az

Azərbaycan yataqlarından yeni qaz həcmləri yaxında əlçatan ola bilər

Azərbaycan yataqlarından yeni qaz həcmləri çox yaxında əlçatan ola bilər.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib.

Söhbət "Abşeron", "Ümid", "Babək" kimi yataqlardan, həmçinin "Azəri-Çıraq-Günəşli" blokundakı "dərin qaz" yataqlarından gedir.

"Alıcılarla uzunmüddətli alqı-satqı müqavilələri imzalanarsa, bu həcmlər çox yaxında əlçatan ola bilər", - V.Bəylərbəyov "S&P Global Commodity Insights"a müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycanın qaz tədarükləri üzrə hədəflərə nail olmaqda çətinliklərlə üzləşəcəyinə dair narahatlıqlar əsassızdır.

"Bizim ehtiyatlarımız və Azərbaycanla Aİ arasındakı memorandum çərçivəsində müəyyən edilmiş hədəflərə uyğun olaraq bu ehtiyatların işə salınmasına dair planlarımız var", - V. Bəylərbəyov deyib.

Ən sərfəli kredit üçün müraciət et

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et