Azərbaycan və Dünya Bankı birgə həyata keçiriləcək layihələri müzakirə edib | Banco.az

Azərbaycan və Dünya Bankı birgə həyata keçiriləcək layihələri müzakirə edib

Azərbaycan və Dünya Bankı (WB) əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihələri müzakirə edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Dünya Bankının Əməliyyatlar üzrə icraçı direktoru Anna Byerde ilə keçirilən görüşümüz Yaz Toplantıları çərçivəsində baş tutan mühüm müzakirələrdən biri oldu. Görüşdə WB-nin ölkəmizə potensial dəstək imkanlarını, əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihələri və yeni fəaliyyət istiqamətlərini müzakirə etdik. Həmçinin COP29 gündəliyində olan mühüm məsələlərlə bağlı fikir mübadiləsi apardıq", - o qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et