“Azərbaycan Sənaye Sığorta”nın rəhbərliyi dəyişib | Banco.az

“Azərbaycan Sənaye Sığorta”nın rəhbərliyi dəyişib

“Azərbaycan Sənaye Sığorta” ASC-nin (ASS) İdarə Heyətinə (İH) yeni sədr təyin edilib.

Bu vəzifəyə şirkətin İH-nin sədr müavini Kamran Babayev gətirilib.

O, yeni vəzifəsində Uğur Çağları əvəz edib. Keçmiş sədrin isə ASS-nin Direktorlar Şurasında fəaliyyətini davam etdirəcəyi gözlənilir. 

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb, 1996-cı ildən sığorta bazarına daxil olmuş "Cİ Sığorta" MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 mln. manatdır. Şirkətin səhmlərinin 75%-i “Anadolu İnvestment Kompani” MMC-yə, 25%-i isə "Azərbaycan Sənaye Bankı" ASC-yə məxsusdur.

©Report

Ən sərfəli krediti almaq üçün müraciət et