“Azərbaycan pandemiyadan ən az zərərlə çıxan ölkədir” | Banco.az

“Azərbaycan pandemiyadan ən az zərərlə çıxan ölkədir”

“Azərbaycan regionun ən çiçəklənən, güclü ölkəsidir. Ölkə pandemiya ilə uğurlu mübarizə aparıb, Azərbaycan pandemiyadan ən az zərərlə çıxan ölkədir. Buna görə Azərbaycan hökumətini, xalqını təbrik edirəm”.

Bunu Azərbaycana səfərini başa vuran Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi deyib.

Onun sözlərinə görə, Azərbaycanın gələcəyi və rifahı regiondakı ölkələrin gələcəyindən və rifahından asılıdır: “Biz Azərbaycan hökuməti ilə İqtisadi və İnvestisiya Planının necə reallaşması, Azərbaycanın necə inkluziv olması barədə aspektləri müzakirə etdik. Biz bölgədə vəziyyəti müzakirə edərkən eyni mövzu meydana çıxdı: Bu, bağlılıq, əlaqələlik məsələsidir. Bunun olmaması qarşılıqlı ticarətə, iqtisadiyyata mane olur”.

O. Varhelyi qeyd edib ki, Azərbaycan çiçəklənən ölkədir, ola bilsin, onun Aİ-nin maliyyə dəstəyinə ehtiyacı olmasın: "Buna görə investorların gəlməsini, bilik və təcrübəni paylaşmasını vurğulayırıq. Bu, uzunmüddətli əməkdaşlıq üçün əsas ola bilər”.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et