Azərbaycan ötən ay 224 mln. dollarlıq qeyri-neft məhsulları ixrac edib | Banco.az

Azərbaycan ötən ay 224 mln. dollarlıq qeyri-neft məhsulları ixrac edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 2 milyard 434 milyon ABŞ dolları təşkil edib.

Banco.az bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir. 

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,6% çoxdur.

Təkcə bu ilin sentyabr ayında isə Azərbaycan 223,9 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 17,6% azdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et