Azərbaycan məhsullarının Çinə ixracının asanlaşmasının şərtləri açıqlanıb | Banco.az

Azərbaycan məhsullarının Çinə ixracının asanlaşmasının şərtləri açıqlanıb

Azərbaycanla Çin arasında Azad Ticarət Sazişi imzalanandan sonra keyfiyyətli Azərbaycan məhsullarının Çin bazarına daxil olmasına və ticarət xərclərinin azaldılması üçün daha əlverişli şərait yaradılacaq.

Bunu Çinin Azərbaycandakı səfirliyinin iqtisadi-ticari məsələlər üzrə müşaviri Ma Çi deyib.

Onun sözlərinə görə, Çin Azərbaycanla Azad Ticarət Sazişinin imzalanmasının tərəfdarıdır: “Saziş həm də institusional tədbirlər vasitəsilə Çindən daha çox birbaşa sərmayə cəlb etmək, Azərbaycanın istehsal və xidmət sənayesinin inkişafını təşviq etmək və Azərbaycanın geosiyasi üstünlüklərindən daha da istifadə etmək imkanı yaradacaq. Azad Ticarət Sazişi hər iki tərəf üçün faydalıdır. Sazişin əhatə dairəsi, güzəştlər, eləcə də icra müddəti hər iki ölkənin şəraitinə və sənaye bazasına uyğun olaraq bütün dairələr tərəfindən tam qiymətləndirildikdən sonra müəyyən olunacaq”.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et