Azərbaycan iyun ayında OPEC+ sazişi üzrə öhdəliyini yerinə yetirib | Banco.az

Azərbaycan iyun ayında OPEC+ sazişi üzrə öhdəliyini yerinə yetirib

Azərbaycan 2021-ci ilin iyun ayında OPEC+ sazişi üzrə öhdəliyini yerinə yetirib.

Bu barədə nazirliyə istinadən məlumat verilir.

Qeyd olunur ki, Azərbaycanda iyunda gündəlik neft hasilatı (kondensatla birlikdə) 705,1 min barrel olub.

Bunun 610 min barrelini xam neft, 95,1 min barrelini isə kondensat təşkil edib.

Xatırladaq ki, OPEC+ ölkələri nazirlərinin müvafiq iclaslarında qəbul edilmiş razılaşmalar çərçivəsində ölkəmizdə orta günlük xam neft hasilatının cari ilin iyun ayında 610 min barrel, iyul ayında isə 620 min barrel səviyyəsində saxlanılması müəyyənləşmişdir.

trend

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et