Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 19% artıb | Banco.az

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 19% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda cari ilin yanvar-iyul aylarında xarici mənbələrdən əsas kapitala 2 milyard 237,4 milyon manat vəsait yönəldilib. 

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 19,4% çoxdur.

Hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2038,6 milyon manatı (91,1 faizi) Birləşmiş Krallıq, Türkiyə, ABŞ, Fransa, Yaponiya, Rusiya, İsveçrə və Norveç sərmayədarlarına məxsus olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et