Azərbaycan iqtisadiyyatına bu il 2,3 mlrd. manatdan çox xarici investisiya cəlb olunub | Banco.az

Azərbaycan iqtisadiyyatına bu il 2,3 mlrd. manatdan çox xarici investisiya cəlb olunub

Bu ilin ilk yarısında xarici müəssisə və təşkilatlar tərəfindən Azərbaycanın əsas kapitalına 2 309,1 mln. manat vəsait yönəldilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 145,3 mln. manat və ya 5,9% azdır.

Dövlət Statistika Komitəsinin hesabatına görə, hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2 037,3 mln. manatı (88,2%-i) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına məxsus olub. 

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et