Azərbaycan ən çox hansı ölkəyə xam neft və xam neft məhsulları ixrac edib? | Banco.az

Azərbaycan ən çox hansı ölkəyə xam neft və xam neft məhsulları ixrac edib?

Müəllif - Şəbnəm Mehdizadə, Banco.az

Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycan 25 milyon 537 min 504 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

Banco.az xəbər verir ki, həcminə görə ən çox xam neft və xam neft məhsulları ixrac olunan ölkə İtaliyadır. Belə ki, sözügedən ölkə Azərbaycandan 12 milyondan çox, 5 milyard 772 milyon 671 min dollar dəyərində xam neft və neft məhsulu idxal edib.

Ümumilikdə isə hesabat dövründə Azərbaycanın bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının ixracından gəliri 12 milyard 285 milyon 430 min dollar təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et