Azərbaycan əhalisi nağd rubl alışını azaldıb | Banco.az

Azərbaycan əhalisi nağd rubl alışını azaldıb

Bu ilin yanvar aynda Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd Rusiya rublu kütləsinin həcmi 266 883,0 min rubl təşkil edib ki, bu da 2019-cu ilin eyni ayına nisbətən 14 786,7 min rubl və ya 5,9 % çoxdur.

Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi göstəricilər əsasında aparılan hesablamalara görə, ötən ilin dekabr ayı ilə müqayisədə 2020-ci ilin yanvar ayında ölkə əhalisi tərəfindən 85 673,9 min rubl və ya 24,3% daha az rubl alınıb.

Bundan başqa, bu ilin yanvar ayında ölkə əhalisinin banklara satdığı nağd rubl kütləsinin ümumi həcmi 1 001 053,8 min rubl təşkil edib ki, bu da 2019-cu ilin müvafiq ayına nisbətən 252 127,5 min rubl və ya 20,1%, 2019-cu ilin dekabr ayı ilə müqayisədə isə 159 049,4 min rubl və ya 13,7% azdır.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə, bu ilin yanvar ayında əhalinin xalis nağd rubl satışı 734 170,8 min rubl təşkil edib. Bildirək ki, 2019-cu ilin müvafiq dövründə bu göstərici 1 001 085 min rubl, 2019-cu ilin dekabr ayında 807 546,3 min rubl təşkil edib.

Qeyd edək ki, yanvar ayında 1 rubl 0,0271 manata bərabər olub.

APA

Ən sərfəli krediti almaq üçün müraciət et