Azərbaycan əhalinin orta gəlirliliyinin artım tempinə görə ilk onluğa düşüb | Banco.az

Azərbaycan əhalinin orta gəlirliliyinin artım tempinə görə ilk onluğa düşüb

Azərbaycan illik gəlirləri 25 min ABŞ dollarından yuxarı olan ev təsərrüfatlarının ən çox artım tempı gözlənilən Orta və Şərqi Avropa ölkələri (CEE) sırasında beşinci yerdə qərarlaşıb.

Bu barədə “Fitch Solutions” beynəlxalq reytinq agentliyinin hesabatında deyilir. Belə ki, Azərbaycanda gəliri 25 min ABŞ dollarından çox olan ev təsərrüfatları 2028-ci ilədək 24,4 % artaraq 695 min 269 olacaq. Həmçinin 2028-ci ilədək gəliri 25 min ABŞ dollarından çox olan ev təsərrüfatlarının onların ümumi sayının 31,7 %-ni təşkil edəcək.

Bildirilib ki, Orta və Şərqi Avropa bazarlarının iqtisadi genişlənməsi və rifah səviyyəsi hədəflənən turizm bazarının böyüməsinə gətirib çıxaracaq. Regiondakı bazarlar otel qrupları və turizm şirkətləri üçün marketinq və aviasiya əlaqəsi baxımından cəlbedici olacaq. Bu, 2023-2027-ci illərdə ölkələrin gəlirlərinin artmasına təsir edəcək və orta gəlirliyi ən çox artan ölkələrdə turizm bazarı da böyüyəcək, “Fitch Solutions”un analitikləri vurğulayır.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et