Azərbaycan bankları nağd valyuta alqı-satqısı əməliyyatlarını azaldıb | Banco.az

Azərbaycan bankları nağd valyuta alqı-satqısı əməliyyatlarını azaldıb

2021-ci ilin birinci rübündə Azərbaycan bankları nağd valyuta alqı-satqısı əməliyyatlarını iki dəfə azaldıb.

Bu barədə Mərkəzi Bankın pul-kredit siyasəti icmalına istinadən məlumat verilir.

Hesabat dövründə 1,1 milyard dollar həcmində nağd valyuta alqı-satqısı baş tutub. Bu əməliyyatlarda ABŞ dollarının payı 89 faiz təşkil edib.

Bu ilin birinci rübündə Azərbaycanın nağdsız valyuta bazarı 5,9 milyard dollar olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,5 faiz azdır. Bu məbləğin 85,6 faiz ABŞ dollarının payına düşüb.

Mərkəzi Bankın hesabatına əsasən, yanvar-mart aylarında nağdsız əməliyyatların 69,4 faizi bankdaxili, 30,6 faizi banklararası valyuta bazarının payına düşüb.

Ən sərfəli kredit üçün müraciət et

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et