Azərbaycan bankları 4 ildə İT sektora 230 mln. dollar investisiya qoyub | Banco.az

Azərbaycan bankları 4 ildə İT sektora 230 mln. dollar investisiya qoyub

“2020-ci ilə qədər Azərbaycanda fiberoptik şəbəkənin qurulmasına 80 mln. dollar investisiya qoyulacaq”. 

Bu barədə Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) “Market Analysis Azerbaijan 2019” ("Bazarın təhlili Azərbaycan-2019") nəşrində deyilir.

Təhlildə qeyd edilir ki, şəbəkənin kabelləşməsi də qarşıdakı 6 ildə 95%-ə çatdırılacaq: “Şəbəkənin fiber kabellərlə təchizi 2020-ci ildə 70%-ə, 2025-ci ildə isə 95%-ə çatacaq. 2016-cı ildə genişzolaqlı internet şəbəkəsinin həcmi 55% olub. Genişzolaqlı mobil internet şəbəkə isə 2020-ci ildə 70%-ə çatacaq ki, bu 2016-da 30% olub”.

Ən sərfəli kredit üçün müraciət et

AHK-nın nəşrində Azərbaycanda nağdsız ödənişlərlə bağlı da məlumat verilib: “2020-ci ildə nağd ödənişlərin həcmi 74%-dən 40%-ə düşməsi proqnozlaşdırılır. Bu əsasən Rəqəmsal Ödənişlərin Həcminin Genişləndirilməsi üzrə 2018-2020-ci illər dövlət proqramı çərçivəsində mümkün olacaq. Nağdsız ödənişlərin həcmində isə hər il 7% artım gözlənilir. Bank sektorunun restrukzasiyası proqramı çərçivəsində banklar 2013-2017-ci illərdə 230 mln. dollar İT sektora investisiya yatırıblar ki, onun da təxminən yarısı proqram təminatının alınması üçün xərclənib”

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et