Azərbaycan 4 ayda 4,8 mlrd. dollarlıq neft ixrac edib | Banco.az

Azərbaycan 4 ayda 4,8 mlrd. dollarlıq neft ixrac edib

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 11,840 mln. ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu miqdarda məhsulun dəyəri 4,821 mlrd. ABŞ dolları təşkil edib.

Bu ilin dörd ayında ixrac olunmuş məhsulun miqdarı ötən ilin müvafiq dövründən 1,8%, dəyəri isə 15% azdır.

Bu məhsulların Azərbaycanın ümumi ixracında payı 76,45% olub.

Report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et