Azər-Türk Bankın səhmdarlarının ümumi yığıncağı keçirilib | Banco.az

Azər-Türk Bankın səhmdarlarının ümumi yığıncağı keçirilib

İyulun 31-də "Azər-Türk Bank" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib.

Banco.az portalının "APA-Economics"ə istinadən verdiyi məlumata görə, səhmdarlar bankın fəaliyyəti ilə bağlı məsələləri müzakirə ediblər.

Məlumata əsasən, növbəti yığıncaqda bankın İdarə Heyətinin sədri seçiləcək. Hazırda bu vəzifəni Fərhad Əsgər oğlu Adıgözəlov müvəqqəti icra edir.  

Ən sərfəli kredit üçün müraciət et

Bankın səhmdarlarının növbəti yığıncağının vaxtı hələlik məlum deyil. Yığıncağın tarixi müəyyənləşəndə bu barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, “Azər-Türk Bank” 1995-ci ilin may ayında yaradılıb. Bankın səhmdarları Əmlak Məsələləri Dövlət Komitəsi (75%), Türkiyənin “Ziraat Bank”ı (12,37%), “Ziraat Bank International” (1,08%), “AzRe” təkrarsığorta şirkəti (6,55%) və “Qala Həyat Sığorta” şirkətidir (5%).

Ən sərfəli krediti almaq üçün müraciət et