AYİB elektromobil sənayesi üzrə ən böyük investisiya qoyuluşunu həyata keçirəcək | Banco.az

AYİB elektromobil sənayesi üzrə ən böyük investisiya qoyuluşunu həyata keçirəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Enerjisa Enerji” şirkətini maliyyələşdirib.

Banco.az xəbər verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Londondakı mənzil-qərargahında keçirilən mərasimdə AYİB-in Davamlı İnfrastruktur Qrupunun direktoru Nandita Parşad və Türkiyəyə məxsus “Enerjisa Enerji” şirkətinin Baş İcraçı Direktoru (CEO) Murat Pınar maliyyə müqaviləsini imzalayıblar.

2 milyard türk lirəsi dəyərindəki maliyyələşdirmənin imzalanma mərasimindən sonra rəsmi açıqlama verən Parşad qeyd edib ki, sözügedən maliyyələşdirmə bankın fəaliyyət göstərdiyi ölkələrdə elektrikli nəqliyyat vasitələrinin batareya doldurulması stansiyası və paylanan enerji istehsalı sahəsində verdiyi ən böyük maliyyədir.

Nandita Parşad həmçinin vurğulayıb ki, insanlar elektrik avtomobilləri almağa başlamazdan əvvəl batareya infrastrukturu geniş yayılmalıdır və elektrik nəqliyyatı infrastrukturunun yaradılması nəqliyyat sektorunun karbondan təmizlənməsi üçün ilkin şərtdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et