Avtomobillərin lizinqlə satışına maraq artıb (VİDEO) | Banco.az

Avtomobillərin lizinqlə satışına maraq artıb (VİDEO)

Avropada lizinq daha uzun müddətə verildiyindən ayliq ödənişlər az olur, amma Azərbaycanda lizinq və kreditin həm faizləri, həm də müddəti demək olar ki, eynidir

Azərbaycanda qaytarılmayan 800 milyon manata yaxın kreditin böyük bir hissəsini məhz avtomobil kreditəri təşkil edir. Bu baxımdan da avtomobillərin lizinqlə satışına maraq artıb.

Lizinqlə kreditin ən əsas fərqi odur ki, əgər siz avtomobili kreditə götürərkən onu dərhal öz mülkiyyətinizə keçirə bilirsinizsə, lizinqdə yalniz onun dəyərini tam ödədikdən sonra bu mümkün olur. Maşinin dəyərini tam ödəyənə qədər o lizinq şirkətinin əmlaki sayilir. Əslində dünya ölkələrində avtomobil satişinin ən geniş yayilmiş üsulu lizinqdir. Bu da onunla bağlidir ki, burada lizinqin faizi kreditdən aşaği olur. Həmçinin Avropada lizinq daha uzun müddətə verildiyindən ayliq ödənişlər az olur, amma ölkəmizdə lizinq və kreditin həm faizləri, həm də müddəti demək olar ki, eynidir. Bu da lizinqi cəlbedici etmir. 

Ölkədəki lizinq şirkətləri avtomobili maksimum 5 illiyə lizinqə verirlər. Bu qurumlar əsasən hər hansı avtomobil salonu ilə əməkdaşliq edir və siz burdan maşin götürsəniz, qismən ucuz alinir. Hazrıda lizinq bazarında faizlər 18-24% arasında dəyişir. İlkin ödəniş isə 15-20% səviyyəsində müəyyən olunur. Mütəxəssislər avtomobillərin lizinqlə satılmasını ümumilikdə bazar üçün əlverişli sayır.

Hesablamalara görə qaytarılmayan 800 milyon manata yaxın kreditin böyük bir hissəsini məhz avtomobil kreditəri təşkil edir. Hesab olunur ki, bankların ilk növbədə bu növ kreditə məhdudiyyət qoyması məhz bununla bağlıdır.

Ən sərfəli kredit üçün müraciət et

anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç