Avstraliya Mərkəzi Bankı faiz artımına davam etməyə hazırlaşır | Banco.az

Avstraliya Mərkəzi Bankı faiz artımına davam etməyə hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avstraliya Mərkəzi Bankı iqtisadi mənzərə nisbətən yaxşılaşsa belə faiz artımına davam edəcək.

Banco.az xəbər verir ki, Avtsraliyada zəifləyən iqtisadi artım və yüksəlməkdə olan işsizlik səviyyəsi fonunda inflyasiya yüksək olaraq qalır.

Avstraliya Ehtiyat Bankı (mərkəzi bank) da sabah keçiriləcək iclasında ardıcıl 10-cu faiz artımına hazırlaşır.

İqtisadçılar yekdilliklə Ehtiyat Bankının nağd pul dərəcəsini 25 baza bəndi artıraraq 3.6%-ə çatdıracağını gözləyirlər ki, bu, 2012-ci ilin may ayından bəri görülməmiş bir səviyyədir.

Qeyd edək ki, bazar proqnozları mərkəzi bankın uçot dərəcəsini 4,2 faizə çatdırana qədər ən azı üç iclasda da artım qərarı verəcəyi istiqamətindədir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et