Avstraliya Ehtiyat Bankı uçot dərəcəsini açıqlayıb | Banco.az

Avstraliya Ehtiyat Bankı uçot dərəcəsini açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avstraliya Ehtiyat Bankı (mərkəzi bank) faiz dərəcələrini sabit saxlayıb.

Banco.az xəbər verir ki, ötən iki iclasında faiz artımı gözləməyən iqtisadçıları təəccübləndirərək artım qərarı verən Avstraliya Ehtiyat Bankı (RBA) bu dəfə isə artım proqnozlarına baxmayaraq, uçot dərəcəsini dəyişməyib.

Mərkəzi Bankın bəyanatında faiz dərəcəsinin 4,10 faiz səviyyəsində saxlanıldığı qeyd olunub. Analitiklər 25 baza bəndli faiz artımını gözləyirdilər.

Bəyanatda vurğulanıb ki, faiz dərəcələrinin bu ay sabit saxlanılması qərarı Pul Siyasəti Komitəsinə iqtisadiyyatın vəziyyətini, iqtisadi perspektivləri və bununla bağlı riskləri qiymətləndirmək üçün daha çox vaxt verəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et