Avrozonanın inflyasiya göstəriciləri açıqlanıb | Banco.az

Avrozonanın inflyasiya göstəriciləri açıqlanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bu ay Avrozonada inflyasiya proqnozlardan aşağı hesablanıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avrozonanın sentyabr ayı üzrə aparıcı inflyasiya məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, Avrozonada avqust ayında 5,2 faiz olan illik inflyasiya sentyabrda 4,3 faiz olaraq müəyyən edilib.

Region ölkələrində aylıq inflyasiya isə 0,3 faiz təşkil edib.

Bazar proqnozları sentyabr ayında Avrozonada illik inflyasiyanın 4,5 faiz olacağı istiqamətində idi.

İnflyasiyanın əsas komponentlərinə nəzər saldıqda, ən yüksək illik inflyasiya 8,8 faizlə qida, spirt və tütün məmulatlarında olub.

Ən sərfəli kredit üçün müraciət et

Ölkələr üzrə nəzər saldıqda isə görürük ki, sözügedən dövrdə iinflyasiya Slovakiyada 8,9 faiz, Xorvatiyada 7,3 faiz, Sloveniyada 7,1 faiz, Avstriyada 5,8 faiz, İtaliyada 5,7 faiz, Fransada 5,6 faiz, Almaniyada da 4,3 faiz qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et