Avrozonada tikinti materiallarının istehsalı azalıb | Banco.az

Avrozonada tikinti materiallarının istehsalı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada tikinti materiallarının istehsalı aprel ayında zalıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) aprel ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozonanın mövsümi düzəliş edilmiş tikinti istehsalı məlumatlarını dərc edib.

Buna görə, Avrozonada tikinti istehsalı aprel ayında mart ayı ilə müqayisədə 0,4 faiz azalıb. Bu göstərici 2022-ci ilin aprel ayına görə isə 0,2 faiz artıb.

Aİ-də tikinti istehsalı aprel ayında əvvəlki ayla müqayisədə 0,4 faiz, 2022-ci ilin eyni dövrü ilə müqayisədə isə 0,1 faiz azalıb.

Aİ ölkələri arasında aprel ayında əvvəlki ayla müqayisədə tikinti istehsalında ən yüksək artım 3 faiz ilə Belçikada, 2 faiz ilə Almaniyada və 0,8 faiz ilə Fransada qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et