Avrozonada sənaye istehsalı artıb | Banco.az

Avrozonada sənaye istehsalı artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada sənaye istehsalı sentyabr ayında əvvəlki ayla müqayisədə 0,9 faiz artıb.

Banco.az xəbər verir ki, Avropa Statistika Bürosu (Avrostat) sentyabr ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozona üçün mövsümi düzəliş edilmiş sənaye istehsalı məlumatlarını açıqlayıb.

Buna görə, 19 üzvdən ibarət Avro regionunda sənaye istehsalı sentyabr ayında avqust ayı ilə müqayisədə 0,9 faiz, 2021-ci ilin sentaybr ayı ilə müqayisədə isə 4,9 faiz artım göstərib.

Aİ-də də sənaye istehsalı sentyabr ayında əvvəlki aya görə 0,9 faiz, ötən ilin eyni dövrünə görə isə 5,7 faiz artıb.

Aİ ölkələri arasında sənaye istehsalında ən yüksək aylıq artım 11,9 faiz ilə İrlandiyada qeydə alınıb ki, onu 7,1 faizlə Belçika, 1,6 faizlə Macarıstan və Niderland izləyir. Ən çox azalma isə 8,2 faizlə Litvada, 4,5 faizlə Yunanıstanda və 3,6 faizlə Estoniyada müşahidə olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et