Avrozonada pərakəndə satış həcmi proqnozları doğrultmayıb | Banco.az

Avrozonada pərakəndə satış həcmi proqnozları doğrultmayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yanvarda Avrozonanın pərakəndə satış həcmi əvvəlki ayla müqayisədə 0,3 faiz artsa da, proqnozlardan geri qalıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) yanvar ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozonasının pərakəndə satış məlumatlarını açıqlayıb.

Bu məlumatlara görə, Avrozonada pərakəndə satışlar yanvar ayında dekabr ayına görə 0,3 faiz artsa da, əvvəlki ilin eyni dövrünə görə 2,3 faiz azalaraq proqları doğrultmayıb. Belə ki, yanvarda pərakəndə satışların aylıq 1 faiz artacağı, illik isə 1,8 faiz azalması gözlənilirdi.

Aİ-də isə pərakəndə satışlar sözügedən dövrdə əvvəlki aya görə 0,3 faiz artsa da, keçən ilin eyni dövrünə görə 2,2 faiz azalıb.

Qeyd edək ki, Aİ ölkələri arasında yanvar ayında əvvəlki aya görə pərakəndə satışlarda ən yüksək azalma 9,8 faizlə Avstriya, 1,4 faizlə Slovakiya və 0,6 faizlə Macarıstanda müşahidə edilib. Ən yüksək artım isə 4,9 faiz ilə Hollandiyada, 4,6 faiz ilə Lüksemburqda və 4,1 faiz ilə Sloveniyada müəyyən edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et